⚡ Təcili satışdır!
📍 Nizami rayonu, Neftçilər metrosunun yaxınlığı, Nazlı Şadlıq Sarayı və Podium Mall’ın yanında yerləşən ərazinin ən prestijli yaşayış kompleksində təcili olaraq mənzil satışa çıxarılıb.
Mənzil 20 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşir. Ümumi sahəsi 126 kv.m olan mənzil qanuni 4 otaqdan ibarətdir və çox rahat, funksional layihəyə malikdir. Otaqlar geniş, işıqlı və günəş alan istiqamətdədir.
Mənzil yüksək keyfiyyətli materiallarla yeni təmir olunub. Təmir işləri tamamlandıqdan sonra mənzildə yaşayış olmayıb. Bəzi əşyalar quraşdırılıb və yeni sahibinin zövqünə uyğun şəkildə tamamlana bilər.
Yaşayış kompleksi müasir standartlara cavab verir. Sürətli liftlər, geniş həyət, yeraltı və yerüstü parkinq, təhlükəsizlik sistemi və inkişaf etmiş infrastruktur sakinlərin rahatlığını təmin edir. Binanın yaxınlığında məktəblər, uşaq bağçaları, supermarketlər, apteklər və digər vacib obyektlər yerləşir.
Metroya və şəhərin əsas istiqamətlərinə rahat çıxış imkanı olan bu mənzil həm yaşayış, həm də investisiya üçün ideal seçimdir.
⚡ Qiymətdə endirim olunub!
💰 Qiymət: 305.000 AZN